...

"Azadlıq" blokunun növbəti il üçün fəaliyyət planı qəbul edildi

Siyasət Materials 28 Mart 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" bloku Məclisinin sessiyasında blokun 2007-ci il üçün fəaliyyət planı qəbul edilib. Məclisin martın 28-də keçirilən sessiyasında ölkədəki ictimai-siyasi durum, sosial vəziyyət, Dağlıq Qarabağ problemi və digər məsələlər barədə də danışılıb.

Blokun bu il üçün fəaliyyət planı 11 bənddən ibarətdir və müxtəlif sahələri əhatə edir. "Azadlıq" bloku müxalifətin vahid güc mərkəzi kimi formalaşdırılması, digər müxalifət qüvvələri ilə də əməkdaşlıq edilməsi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığının təmin edilməsi üçün kütləvi aksiyaların keçirilməsi, blokun proqram və konsepsiyalarının ictimaiyyətə təqdim edilməsi və digər məsələlər daxildir.

Müzakirəyə çıxarılan sənəd əlavə və düzəlişlərdən sonra qəbul edilib.

Xəbər lenti

Xəbər lenti