...

Azərbaycan prezidenti Rusiya Federal Şurasının sədrini qəbul edib

Siyasət Materials 28 Mart 2007 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev martın 28-də Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Azərbaycan prezidenti bildirib ki, istər dövlət və hökumət qurumları, istərsə də parlamentlərarası əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndələrimiz fəal əməkdaşlıq edirlər.

İlham Əliyev martın 27-də Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşü xatırladaraq deyib ki, bu görüş zamanı münasibətlərimizin müxtəlif sahələri ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb və bütün məsələlərə yanaşmada fikirlərin üst-üstə düşməsi əlaqələrin uğurlu inkişafını bir daha təsdiq edir.

Sergey Mironov qeyd edib ki, Rusiya ali qanunverici orqanının üzvləri iki dövlət başçısının keçirdiyi görüşün ruhuna uyğun olaraq, ikitərəfli münasibətlərin hüquqi bazasının daha da möhkəmləndirilməsi istiqamətində bundan sonra da fəal çalışacaqlar. O, Milli Məclisdə keçirdiyi görüşlər barədə məlumat verərək bildirib ki, səfəri zamanı parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq konkret addımlarla bağlı səmərəli müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti