...

Azərbaycanın gənclər və idman naziri sərhədyanı hərbi hissələrə baş çəkəcək

Siyasət Materials 30 Mart 2007 12:00 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/4-5 aprel tarixində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov fəal gənclər və ölkənin incəsənət ustalarından ibarət heyətin müşayiəti ilə qərb regionlarında yerləşən sərhədyanı hərbi hissələrə baş çəkəcək. Gənclər və İdman Nairliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasovun cümə günü verdiyi məlumata əsasən, səfərin məqsədi hərbi xidmətdə olan gənclərin həyat şəraiti ilə tanışlıq və vətənpərvərlik hissinin yüksəldilməsidir. Bu məqsədlə Gəncə, Şəmkir və Qazax rayonlarında yerləşən hərbi hissələrdə konsert proqramı və heyət ilə görüş təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti