Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/16-17 aprel tarixində Latviya XİN rəhbəri Artis Pabriksin Azərbaycana rəsmi səfərinin proqramı hazırlanır.
Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarovun cümə axşamı günü verdiyi məlumata əsasən, ilkin səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş daxildir.
Naziri səfərdə latviyalı biznesmenlər qrupu müşayiət edəcək.
Azərbaycan tərəfi ilə danışıqların yekununa əsasən gənclər siyasəti və idman sahəsində əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır, deyə səfir məlumat verib.
Latviya XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın regionlarına baş çəkəcək, Gəncə və Şəkidə olacaq.