...

Hakim partiya müxalifətlə dialoqun bərpasını istəyir

Siyasət Materials 5 Aprel 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ YAP müxalifət partiyaları ilə aparılan dialoqun yenidən bərpa olunmasına tərəfdardır. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov cümə axşamı ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi-iqtisadi şöbəsinin rəhbəri Coun Polaşiki partiyanın mənzil qərargahında qəbul edərkən belə deyib. Bu barədə YAP mətbuat xidmətindən məlumat verilib. Görüşdə YAP-ın ictimai-siyasi hadisələrə münasibəti, partiyanın yerli strukturlarında həyata keçirilən tədbirlər və partiyalararası dialoq ətrafında geniş fikir mübadiləsi aparılıb.ABŞ səfirliyinin təmsilçisi YAP-ın partiyalararası dialoq təşəbbüsünün həmişə yüksək qiymətləndirildiyini qeyd edib, hakim partiya ilə müxalifət partiyaları arasında dialoqun yenidən bərpa olacağına əminliyini bildirib.YAP sədrinin müavini hakim partiyanın cəmiyyəti maraqlandıran məsələlər ətrafında partiyalararası dialoqun tərəfdarı olduğunu nəzərə çatdırıb.YAP İcra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti