...

Cənubi Qafqazdakı münaqişələr NATO PA-nın seminarında müzakirə olunacaq

Siyasət Materials 9 Aprel 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının (NATO PA) aprelin 19-dan 21-dək Tblisidə keçiriləcək 63-ci Rouz-Rout seminarında Cənubi Qafqazda, o cümlədən Cənubi Osetiya və Abxaziyada mövcud olan münaqişələr müzakirə olunacaq. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanı seminarda təmsil edəcək millət vəkili Məlahət Həsənova məlumat verib.

M.Həsənova qeyd edib ki, semianarda əsasən Gürcüstanın Avroatlantik məkana inteqrasiyası məsələsi müzakirə olunacaq.

Bundan başqa seminarda NATO və Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətləri, Cənubi Qafqazda parlamentlərin rolu və digər məsələlər müzakirə ediləcək. Seminarda Gürcüstan parlamentin spikeri Nino Burcanadze, NATO PA-nın sədri Lello Joze və digər rəsmi şəxslər çıxış edəcəklər.

M.Həsənova deyib ki, seminarın gündəliyinə Azərbaycanla bağlı hər hansı ayrıca bir məsələ daxil edilməyib.

Xəbər lenti

Xəbər lenti