...

Azərbaycan və Misir prezidentləri beynəlxalq vəziyyəti müzakirə edəcəklər

Siyasət Materials 10 Aprel 2007 18:22 (UTC +04:00)
Azərbaycan və Misir prezidentləri beynəlxalq vəziyyəti müzakirə edəcəklər

Azərbaycan, Bakı/ Trend S.Ağayeva/ Azərbaycan prezidentinin Qahirəyə rəsmi səfəri zamanı Azərbaycan və Misir prezidentləri İlham Əliyev və Hüsnü Mübarək dostluq və əməkdaşlıq barədə müqavilə imzalayacaqlar. Misirin Azərbaycandakı səfiri Yusif əl Şərkavinin sözlərinə görə, səfər may ayının birinci ongünlüyünə təyin olunub.

Bu, Azərbaycan prezidenti Əliyevin Misirə ilk rəsmi səfəridir. Səfər çərçivəsində həm beynəlxalq, həm də qarşılıqlı xarakterli məsələlər müzakirə olunacaq.

Dövlət başçıları iqtisadi və siyasi əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və islam dünyasının digər problemləri barədə fikir mübadiləsi aparacaqlar.

Səfirin sözlərinə görə, hazrda diplomatik kanallar vasitəsilə prezidentin səfər proqramı hazırlanır.

İkitərəfli danışıqlar nəticəsində bir sıra sənədlərin imzalanacağı gözlənilir. Hökumətlər tərəfindən kənd təsərrüfatı, gömrük, ikiqat vergitutmanın aradan qaldırlması, rabitə, informasiya və poçt xidmətləri, gənclər siyasəti və idman, turizm, konsulluq xidməti və cinayətkarların ekstradisiyasını nəzərdə tutan 10-13 sənəd layihəsi hazırlayıb. Hazırda iki ölkə arasınada 16 ikitərəfli sənəd mövcuddur.

Xəbər lenti

Xəbər lenti