...

Tələbələr arasında Respublika Universiada və Spartakiada yarışları keçiriləcək

Siyasət Materials 12 Aprel 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2007-ci il "Gənclər İli" çərçivəsində ali təhsil məktəblərinin tələbələri arasında VIII Respublika Universiadası, orta ixtisas təhsil məktəbləri tələbələri arasında isə VIII Respublika Spartakiadası keçiriləcək. Bu barədə "İrəli" Ümumrespublika Gənclər Hərəkatından məlumat verilib.

Bu yarışlar Azərbaycanın Təhsil, Gənclər və İdman nazirliklərinin kollegiyaları tərəfindən qəbul olunmuş qərara əssən təşkil olunacaq. Yarışların təntənəli açılış mərasimi Gənclər və İdman Nazirliyi, "Gənclik" Könüllü Tələbə İdman Cəmiyyətinin Azərbaycan Respublika Şurası və "İrəli" Ümumrespublika Gənclər Hərəkatının təşkilatçılığı ilə aprelin 13-də saat 14.00-da Bakı İdman Sarayında keçiriləcək. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov və digər müvafiq dövlət, QHT, KİV, beynəlxalq və özəl təşkilatların nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti