...

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin iclası keçirilib

Siyasət Materials 17 Aprel 2007 18:29 (UTC +04:00)

Fransa, Strasburq / Trend müxbir E.Məcidli/ Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə alt komitəsinin bu gün Strasburqda iclası olub. Ermənistanın işğalçı mövqeyinin səsləndirildiyi iclasda Ermənistan nümayəndə heyəti iştirak etməkdən imtina edib.

İclasda Dağlıq Qarabağ problemi, alt komitənin rəhbəri lord Rassel Constonun bölgəyə səfəri və digər bir sıra məsələlər müzakirə edilib. Muzakirə zamanı komitənin növbəti iclasının iyun ayında keçirilməsi qərara alınıb.

İclasdan sonra Azərbaycanın AŞPA-daki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan nümayəndə heyətinin iclasda iştirak etməməsini siyasi zəiflik adlandıraraq, Rassel ConstonunAzərbaycana və regiona səfəriylə bağlı iki tərəf arasında razılıq əldə olunduğunu ifadə edib.

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin rəhbəri lord Rassel Conston isə jurnalistlərə verdiyi müsahibədə Ermənistan nümayəndə heyətinin iclasa gəlməməsini qeyri-ciddi addım adlandırıb.

İyun ayında alt komitənin məsələylə bağlı növbəti iclasının keçirəcəyini bildirən Conston, problemlə bağlı yaxın aylarda regiona səfər edəcəyini də vurğulayıb.

Xəbər lenti

Xəbər lenti