...

Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri AŞPA-nın yaz sessiyasının nəticələrini müsbət qiymətləndirib

Siyasət Materials 23 Aprel 2007 12:20 (UTC +04:00)
Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri AŞPA-nın yaz sessiyasının nəticələrini müsbət qiymətləndirib

Azərbaycan, Bakı /müx. Trend İ.Əlizadə/ Azərbaycan tərəfi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının nəticələrini müsbət dəyərləndirir. Bu barədə şənbə günü hava limanında Strasburqdan vətənə dönən Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanla bağlı AŞPA-da müzakirələr konstruktiv keçib və həmməruzəçilər Toni Lloydla Andreas Herkelin hazırladıqları hesabat ölkədə gedən prosesləri obyektiv işıqlandırırdı.

Seyidov həmçinin bildirib ki, Strasburqda AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin iclası keçirilib və burada erməni nümayəndə heyəti iştirak etməyib. "Erməni tərəfi alt komitənin rəhbərliyini öncədən xəbərdar etməyib ki, iclasa qatılmayacaq və eyni zamanda bunun səbəblərini izah etməyib. Bu, AŞPA-nın qaydalarına ziddir və buna görə də məsələ mütləq qaydada Avropa Şurası tərəfindən araşdırılacaq" - deyə o qeyd edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin rəhbəri Rassel Conston bölgəyə səfər etmək niyyətindədir. "Bu məsələ alt komitənin toplantısında müzakirə olunub və səfərlə bağlı razılaşma əldə edilib. Lakin hələlik səfərin dəqiq tarixi və formatı bəlli deyil" - deyə Seyidov bildirib.

Seyidov həmçinin qeyd edib ki, Avropa Şurasının sənədlərində yenidən Azərbaycanın ərazi bütövlüyü əks olunub. Bu isə qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını göstərir.

Xəbər lenti

Xəbər lenti