...

Türk Dövlətləri Parlament Assambleyası təsis ediləcək

Siyasət Materials 25 Aprel 2007 11:42 (UTC +04:00)
Türk Dövlətləri Parlament Assambleyası təsis ediləcək

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Türk Dövlətləri Parlament Assambleyasının (TDPA) təsis edilməsi üçün bu ilin sonuna kimi türk dövlətlərinin parlamentlərinin nümayəndələrinin toplantısının keçirilməsi nəzərdə tutulur. Bu barədə çərşənbə günü Trend ə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri, millət vəkili Nizami Cəfərov məlumat verib.

Onun sözlərinə görə, TDPA-nın yaradılması üçün Türkiyə, Qazaxıstan, Qırğızıstan parlamenti ilə müzakirələr aparılır. "Türk parlamentlərinin hamısı bu qurumun yaradılmasına razıdır, sadəcə hazırda bunun mexanizmi araşdırılır. Təkliflər sırasında TDPA-nın yaradılmasından öncə, ilk növbədə türk parlamentləri dostluq qrupları rəhbərlərinin müşavirəsinin keçirilməsi planlaşdırılır" - deyə Cəfərov bildirib.

Millət vəkili bildirib ki, Ermənistan TDPA-nın yaradılmaması üçün bunun təhlükəli hal olduğunu beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Cəfərov bildirib ki, bu məsələdə narahat olan beynəlxalq təşkilatlara qurumun yaradılmasının zəruriliyi barədə izahat veriləcək və həmin qurumlar TDPA-nın təsis toplantısına dəvət olunacaqlar.

Cəfərov ilk toplantının Bakıda keçiriləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti