...

Azərbaycan prezidenti görkəmli türkoloq Oljas Süleymenovu qəbul edib

Siyasət Materials 27 Aprel 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də görkəmli qazax şairi, alim və ictimai-siyasi xadimi Oljas Süleymenovu qəbul edib. Bu barədə Trend xəbər verir.

Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edən Oljas Süleymenov ölkəmizdə "Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu" mövzusunda beynəlxalq konfransın böyük uğurla keçdiyini bildirərək deyib ki, belə tədbirlərin Azərbaycanda təşkil olunması böyük əhəmiyyət daşıyır. Oljas Süleymenov prezident İlham Əliyevin Koreya Respublikasına uğurla keçən səfərini maraqla izlədiyini qeyd edib.

Ölkəmizdə bir sıra mötəbər tədbirlərin keçirildiyini vurğulayan dövlət başçısı indiki konfransda müxtəlif ölkələrin siyasət və dövlət adamlarının, o cümlədən görkəmli ictimai-siyasi xadim Oljas Süleymenovun iştirak etməsini bu tədbirin əhəmiyyətinin göstəricisi kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti