...

Heydər Əliyev Fondunun prezidenti İKT Gənclər Forumunun prezidentini qəbul edib

Siyasət Materials 27 Aprel 2007 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Aprelin 27-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva İslam Konfransı Təşkilatı Gənclər Forumunun prezidenti Əli Sarıkayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Mehriban Əliyeva Gənclər Forumunun yaranma tarixi haqqında söhbət açaraq onun gələcək fəaliyyəti ilə maraqlınıb. "Forum Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə yaradılıb və çox vacib bir təşkilatdır. İnanırıq ki, forum gələcəkdə çox böyük işlər həyata keçirəcək. Biz Heydər Əliyev Fondu olaraq onun fəaliyyətinə çox fəal dəstək verəcəyik".

Xəbər lenti

Xəbər lenti