...

Azərbaycanın Dövlət Əmlak Komitəsi sədrinin barəsində şikayət üzrə hazırlıq iclası keçiriləcək

Siyasət Materials 30 Aprel 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azadlıq Partiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin barəsində Xətai rayon məhkəməsinə verdiyi şikayət icraata götürülüb. Bu barədə Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Oruc Azadlıq Partiyasının qərargahla təmin olunması ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq, dövlət qurumu partiyaya qərargah üçün heç bir təklif etməyib. Partiya sədri Dövlət Komitəsinin sədri Kərəm Həsənovu vəzifə səlahiyyətlərini icra etməməkdə ittiham edir və bu şikayətlə də onu məhkəməyə verib.

Partiya sədrinin bildirdiyinə görə, şikayət Xətai rayon məhkəməsinin hakimi R.Əhmədovun icraatındadır. Hakim şikayətə baxılması üzrə hazırlıq iclasını mayın 2-nə saat 10.45-ə təyin edib.

Partiya sədri Azərbaycanda bütün yerli məhkəmə instansiyalarını keçməklə Avropa Məhkəməsinə qədər şikayətlər verəcəyini bildirib.

Müxalifətyönlü Azadlıq Partiyası yeni yaradılan "Demokratiya Uğrunda İttifaq"da təmsil olunur.

Xəbər lenti

Xəbər lenti