...

Azərbaycan Milli İstiqlal Partiyası fəaliyyətinin zəif olmasını etiraf edib

Siyasət Materials 3 May 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəaliyyətinin zəif olması ilə bağlı partiyanın lideri Etibar Məmmədovun dedikləri həqiqətdir. Bu barədə cümə axşamı Bakıda AMİP sədri Ayaz Rüstəmov məlumat verib.

"Biz istədiyimiz gücü ortaya qoya bilməmişik" - deyə AMİP sədri qeyd edib.

Onun sözlərinə görə, ölkədə olan vəziyyət AMİP-in normal fəaliyyət göstərməsinə imkan vermir.

Rüstəmov vurğulayıb ki, qarşıdakı dövrdə bu vəziyyəti aradan qaldırmağa çalışacaqlar.

AMİP lideri Məmmədov bildirib ki, partiya siyasi fəallığa nail ola bilməyib və bundan narazıdır.

Qeyd edək ki, sağ mərkəzçi müxalifət partiyası olan AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir. AMİP-in hazırkı sədri Rüstəmovdur.

Xəbər lenti

Xəbər lenti