...

Moskvada Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr aparılır

Siyasət Materials 7 May 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Bu gün Moskvada başlayan Rusiya-Azərbaycan xarici işlər nazirlikləri arasındakı məsləhətləşmələrdə əsas diqqət ikitərəfli tərəfdaşlıq, regional əməkdaşlıq və təhlükəsizlik məsəsələlərinə yetiriləcək. Azərbaycanı bu məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Rusiya tərəfdən danışıqlarda Rusiya Xarici İşlər Nazirliyinin MDB və Avropa ölkələri üzrə departamentlərin rəhbərləri iştirak edəcək. Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər. Verilən məlumata görə, tərəflər həmçinin iki ölkənin Avropa strukturlarına inteqrasiya məsələsində əməkdaşlığını müzakirə edəcəklər.

Məsləhətləşmələr mayın 8-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti