...

Azərbaycanın müxalifət partiyası ölkə prezidentinin Dağlıq Qarabağla bağlı son açıqlamasını dəstəkləyib

Siyasət Materials 7 May 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Ədalət Partiyası prezident İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar barədə son açıqlamaları ilə bağlı bazar ertəsi günü bəyanat qəbul edib.

Bəyanatda qeyd olunub ki, Əliyevin aparılan sülh danışıqlarının məxfi saxlanılan detallarına aydınlıq gətirməsi ölkə ictimaiyyətini çaşqınlıqdan qurtaran addım, eyni zamanda cəmiyyəti təslimçi ovqatdan çıxarıb səfərbər edəcək ümid kimi qiymətləndirilməlidir. Partiya bəyan edib ki, ölkə prezidentinin bu istiqamətdə atacağı bütün addımları dəstəkləyir.

Ədalət Partiyası 1995-ci ildə yaranıb və sağ mərkəzçi partiyadır.

Xəbər lenti

Xəbər lenti