...

Millət vəkili: "Yeni Siyasət" blokunun siyasi birliyə çevrilməsi ilə bağlı danışıqlar aparılır"

Siyasət Materials 11 May 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Yeni Siyasət" (YeS) blokunun siyasi birliyə çevrilməsi istiqamətində danışıqlar aparılır. Bu barədə cümə günü Bakıda keçmiş "Yeni Siyasət" seçki blokunun həmtəsisçisi, millət vəkili Vahid Əhmədov məlumat verib.

Millət vəkili qeyd edib ki, "YeS" seçki bloku kimi yaradılmışdı və bu istiqamətdə fəaliyyət göstərirdi: "Parlament seçkiləri başa çatdıqdan sonra "Yeni Siyasət" bloku faktiki olaraq fəaliyyətini dayandırıb. İndi "YeS"in siyasi bloka çevrilməsi ilə bağlı təkliflər, layihələr var və onun üzərində işləyirik" - deyə Əhmədov əlavə edib.

O, özünün bu prosesdə iştirak edəcəyini deyib. Millət vəkili adıçəkilən blokun 2008-ci ildə keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak edib-etməyəcəyinə dair sualı cavablandırarkən bildirib ki, hələlik bu barədə danışmaq tezdir.

"Yeni Siyasət" bloku 2005-ci ilin parlament seçkiləri ərəfəsində yaradılıb. Blokda bir neçə müxalifət partiyası, qeyri-hökumət təşkilatları, ictimai və siyasi xadimlər təmsil olunurdular. 2005-ci ilin parlament seçkilərində blokun iki namizədi-Vahid Əhmədov və Əli Məsimli deputat seçiliblər. Hazırda "YeS"in siyasi bloka çevrilməsi üçün danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti