...

Prezident İlham Əliyev: "Azərbaycanla Gürcüstan separatizm problemini birgə həll edə biləcək"

Siyasət Materials 14 May 2007 11:36 (UTC +04:00)
Prezident İlham Əliyev: "Azərbaycanla Gürcüstan separatizm problemini birgə həll edə biləcək"

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Azərbaycanla Gürcüstan separatizm problemini birgə həll edə biləcək. Bu sözləri şənbə günü Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Biz birgə səylərlə etnik təmizləmələrdən əziyyət çəkən bütün insanları yurd-yuvalarına qaytaracağıq. Biz bütün ərazilərimizdə milli suverenliyi bərpa edəcəyik" - deyə Əliyev vurğulayıb.

Azərbaycan prezidenti qeyd edib ki, bu, iki dövlətin birgə səyi nəticəsində baş verəcək. "Birlikdə biz böyük qüvvəyik. Əgər xalqlarımızın dostluğuna şəxsi əlaqələrimizi də əlavə etsək, yəni prezidentlər bəyan edəndə ki, onlar qardaşdırlar, onda bu, adi sözlər deyil, bu, həqiqətən də belədir".

Xəbər lenti

Xəbər lenti