...

İctimai, siyasi qüvvələrin hər ay Forumu keçiriləcək

Siyasət Materials 30 May 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bütün müxalifət qüvvələrinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirakı ilə ardıcıl olaraq hər ay Forum keçirilməsi qərara alınıb. Bu barədə Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov çərşənbə günü məlumat verib.

ACP-nin təşkilatçılığı ilə mayın 25-də keçirilən Forumda iştirakçılar adından Memorandum və beynəlxalq təşkilatlara müraciət qəbul edilib. Şahbazovun sözlərinə görə, Azərbaycanın ümummilli problemlərinin müzakirəsinə, vahid siyasi mübarizə strategiyasının müəyyənləşdirilməsinə həsr olunan belə Forumun mütəmadi olaraq hər ayda bir dəfə keçirilməsi qərara alınıb. Əsas təşkilatçı isə növbəlilik prinsipi ilə hər dəfə bir partiya olacaq. Növbəti Forum yaxın bir ay ərzində keçiriləcək.

Şahbazov onu da qeyd edib ki, ACP-nin siyasi partiyalarla ikitərəfli əməkdaşlıq məsələsi gündəmdədir və bir neçə partiya ilə sazişlərin imzalanması üçün işlər görülür.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir.

Xəbər lenti

Xəbər lenti