...

Küveyt XİN başçısı Azərbaycana səfər edəcək

Siyasət Materials 30 May 2007 14:46 (UTC +04:00)
Küveyt XİN başçısı Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Küveyt xarici işlər naziri şeyx Məhəmməd əl-Sabah iyunun 8-9-da Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Bu barədə çərşənbə günü Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev məlumat verib. Səfərin müddəti artıq diplomatik kanallarla razılaşdırılıb.

Səfər zamanı Küveyt XİN başçısı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli, regional və beynəlxalq xarakterli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Abdullayevin sözlərinə görə, səfər zamanı hər hansı sənədin imzalanması gözlənilmir.

Xarici işlər nazirlikləri arasında məsləhətləşmələrə dair protokol Azərbaycan XİN başçısının Küveytə səfəri zamanı imzalanıb.

Güman olunur ki, Küveyt xarici siyasət idarəsi rəhbərini ölkənin digər rəsmi şəxsləri də qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti