...

Daha bir partiya müxalifətin Memorandumuna qoşuldu

Siyasət Materials 30 May 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Açıq Cəmiyyət Partiyasının (ACP) təşkilatçılığı ilə mayın 25-də keçirilən Forumda qəbul edilmiş Memoranduma qoşulmaq barədə qərar edib. Bu barədə AMİP-in Siyasi Şurasında ümumi razılıq əldə olunub. Partiyanın təbliğat və mətbuat katibi Əli Orucov çərşənbə günü bildirib ki, Memoranduma gec qoşulmalarının səbəbi onlara sənədin vaxtında verilməməsi olub.

Memoranduma Azərbaycanın digər müxalif Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və başqaları qoşulub.

Memorandumun məqsədi müxalifət partiyalarının birgə mübarizəsinə nail olmaqdır.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti