...

Azərbaycan prezidenti Almaniyanın Mayns şəhərinin bələdiyyə başçısını qəbul edib

Siyasət Materials 31 May 2007 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Almaniya Federativ Respublikası Reynland-Pfalts əyalətinin paytaxtı Mayns şəhər bələdiyyəsinin başçısı Yens Beutelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezident Aparatından məlumat verilib. Dövlət başçısı nümayəndə heyətinin səfər zamanı Azərbaycanın müxtəlif regionlarına baş çəkməsinin ölkəmizlə daha yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildirib. Prezident Əliyev Azərbaycan-Almaniya münasibətlərinin uğurla inkişaf etdiyini, iki ölkənin şəhər və regionları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini söyləyib.

Yens Beutel Mayns və Bakı şəhərləri arasında uzun illər ərzində əməkdaşlığın mövcud olduğunu qeyd edərək, bu səfəri zamanı ölkəmizin digər regionları ilə də tanışlıqdan məmnun qaldığını bildirib. Qonaq səfərinin Azərbaycanla Almaniya arasında bir çox sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsinə kömək edəcəyinə ümidvar olduğunu söyləyib.

Xəbər lenti

Xəbər lenti