...

Heydər Əliyev Fondunun prezidenti yəhudi uşaqları üçün təhsil mərkəzinin təməlqoyma mərasimində iştirak edib

Siyasət Materials 31 May 2007 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva cüsə axşamı Suraxanı rayonunun Zığ qəsəbəsində Azərbaycanda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi binasının təməlinin qoyulmasına həsr olunmuş mərasimdə iştirak edib. Bu barədə Trend xəbər verir.

Mərasimdə sakinlər, yəhudi icmasının nümayəndələri, İsrailin ölkəmizdəki səfirliyinin təmsilçiləri iştirak edib. Memar Elbəy Qasımzadə "Xabad-Or-Avner" təhsil mərkəzinin layihə-maketi ilə bağlı Mehriban xanıma məlumat verərək bildirildi ki, Xəzər dənizi sahilindəki bu mənzərəli guşədə mərkəzin tikintisi üçün 1,5 hektar torpaq sahəsi ayrılıb. Mərkəzin 30 siniflik təhsil korpusu, uşaq bağçası, ayrıca 3 mərtəbəli yataqxana kompleksi də olacaq. Yataqxanada digər regionlardan gəlib təhsil alan uşaqlar yaşayacaq. Yeməkxana, idman salonları, meydançalar, fənn kabinetləri, kompyuter otaqları müasir avadanlıqla tam komplektləşdiriləcək, mərkəzin ayrıca istilik sistemi olacaq. Burada yəhudi tarixi və mədəniyyəti mərkəzi, kitabxana da təşkil ediləcək.

Mehriban Əliyeva binanın təməlinin qoyulduğunu bildirən gilizi bünövrəyə atıb. Tədbirdə MDB Yəhudi İcmaları Federasiyasının prezidenti Lev Levayev də iştirak edib.

Xəbər lenti

Xəbər lenti