...

Azərbaycan prezidenti Böyük Britaniyanın ölkəmizdəki səfirini qəbul edib

Siyasət Materials 1 İyun 2007 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lorens Bristounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Trend xəbər verir. Bristou Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən olduqca məmnun qaldığını bildirib. Son illərdə Azərbaycanda çox mühüm dəyişikliklərin baş verdiyini deyən diplomat məhz bu dövrdə ölkəsini burada təmsil etməkdən böyük şərəf duyduğunu vurğulayıb. Prezident Əliyev ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan-Böyük Britaniya münasibətlərinin daha da gücləndirilməsində xidmətlərinə görə səfir Lorens Bristouna təşəkkür edib, Azərbaycanla Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən qlobal enerji layihələrinin həyata keçirilməsi sahəsində sıx əməkdaşlığın olduğunu deyib, əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini söyləyib.

Xəbər lenti

Xəbər lenti