...

Azərbaycan XİN başçısı İspaniyaya səfərə dəvət olunub

Siyasət Materials 5 İyun 2007 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ ATƏT-in fəaliyyətdə olan sədri, İspaniya xarici işlər naziri Miqel Anxel Moratinos Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu İspaniyaya səfərə dəvət edib.

Bu barədə XİN başçılarının Bakıdakı birgə brifinqində bəyan olunub.

Məmmədyarovun sözlərinə görə, o, İspaniyaya səfər etmək dəvətini qəbul edib. Nazir bildirib ki, bu səfər zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirə ediləcəyi planlaşdırılır.

Öz növbəsində Moratinos qeyd edib ki, Azərbaycanda İspaniya səfirliyi yoxdur. Onun sözlərinə görə, ölkəsinin diplomatik nümayəndəliyinin açılması ilə bağlı məsələ Bakıda keçirilən görüşlərdə müzakirə olunub. Səfər çərçivəsində Moratinos Azərbaycan prezidenti İlham Əliyev, XİN rəhbəri Məmmədyarov və digər şəxslərlə görüşlər keçirib. İspaniya XİN başçısı çərşənbə axşamı Yerevana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti