...

Prezidentin müşaviri: "Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika ilə təchiz olunması üçün tədbirlər görülür"

Siyasət Materials 8 İyun 2007 18:15 (UTC +04:00)
Prezidentin müşaviri: "Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika ilə təchiz olunması üçün tədbirlər görülür"

Azərbaycan, Şəmkir / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika və silahlarla təchiz olunması ilə bağlı prezident İlham Əliyevin tapşırığının yerinə yetirilməsi üçün tədbirlər görülür. Bu barədə Azərbaycan prezidentinin hərbi məsələlər üzrə müşaviri, general-leytenant Vahid Əliyev cümə günü açıqlama verib.

O qeyd edib ki, prezident Əliyev ordu quruculuğuna böyük əhəmiyyət verir. General-leytenant dövlət başçısının göstərişi ilə Azərbaycanın təhlükəsizlik konsepsiyasının hazırlanaraq qəbul olunduğunu xatırladıb. Onun sözlərinə görə, konsepsiyada həm ölkədaxili siyasət, həm də xarci siyasətlə bağlı məsələlər əksini tapıb.

Prezidentin müşaviri onu da bildirib ki, sərhədlərin təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan sərhəd xidmətinin işi müasir standartlara uyğun qurulub: "Əsas məqsəd döyüş hazırlığını yüksək səviyyəyə gətirməkdir".

Xəbər lenti

Xəbər lenti