...

Millət vəkili: "Alternativ hərbi xidmət haqqında" qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq"

Siyasət Materials 15 İyun 2007 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Alternativ hərbi xidmət haqqında" qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.

Novruzov qeyd edib ki, qanun layihəsi artıq hazırdır. "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul edilməsinin Konstutsiyanın tələbi olduğunu deyən millət vəkili əlavə edib ki, Azərbaycan məsələ ilə bağlı Avropa Şurası qarşısında da öhdəlik götürüb.

"Bu qanunu qəbul etdikdən sonra onun icrasının mexanizmləri müəyyənləşdirilməlidir. Hesab edirəm ki, alternativ hərbi xidmət keçəcək şəxslərin müəyyənləşdirilməsi üçün bu gün fəaliyyət göstərən hərbi kommisarlıqların imkanları kifayət qədər deyil. Ora psixoloqlar və digər səhələrin mütəxəsisləri daxil edilməlidir ki, bunu müəyyənləşdirə bilsinlər", -deyə Novruzov əlavə edib.

Onun sözlərinə görə, bəzi ölkələrdə alternativ hərbi xidmət keçəcək şəxsləri məhkəmələr, digər dövlətlərdə isə test üsulu ilə müəyyənləşdirirlər.

Deputat vurğulayıb ki, Azərbaycan "Alternativ hərbi xidmət haqqında" qanunu qəbul etsə də Dağlıq Qarabağ münaqişəsi həll olunanadək qanunun tətbiqi dayandırılacaq.

"Qanun layihəsinin 7-ci maddəsində göstərilir ki, müharibə vəziyyətində və fövqəladə hallarda bu məsələnin tətbiqi dayandırılır. Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, kimsə hərbi xidmətə yarasızdırsa onun müharibə vəziyyətində xidmətə aparılması daha pisdir, nəyinki adi bir dövrdə, Onun da qeyd edim ki, alternativ hərbi xidmətin o qədər də çox adama şamil olunması nəzərdə tutulmayıb", -deyə komissiya üzvü vurğulayıb.

Novruzovun sözlərinə görə, psixoloji cəhətdən hazır olmayan çağırışçılar alternitiv xidmətə cəlb olunacaqlar.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olarkən öz üzərinə "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul olunacağına dair öhdəlik götürüb.

Xəbər lenti

Xəbər lenti