...

Yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cəzalar sərtləşdirilməlidir

Siyasət Materials 16 İyun 2007 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cəzalar sərtləşdirilməlidir. Bu təkliflə Milli Məclisin şənbə günü keçirilən iclasında millət vəkili Elmira Axundova çıxış edib. Millət vəkili qeyd edib ki, son illər respublikada yol qəzalarının və qəzalar zamanı həlak olanların sayı artır. Yol qəzaları zamanı həlak olanların əksəriyyətinin gənclər olmasını narahatlıq doğuran fakt kimi qiymətləndirən Axundova qısa müddətdə qanunvericiliyə dəyişiklər edilməsini zəruri sayıb. O hesab edir ki, yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin məbləği artırılmalıdır: "Cərimələrin məbləği cox azdır. Ona görə də bu cəzaların avtoxuliqanlara təsiri az olur. Həmçinin avtomobil sahiblərinə tibbi arayışlar verən komissiyanın fəaliyyəti bərpa edilməli, avtomobilləri texniki baxışdan keçirən komissiyaların fəaliyyəti gücləndirilməlidir".

Millət vəkilinin çıxışına münasibət bildirən spiker Oqtay Əsədov hazırda Milli Məclisin müvafiq komissiyasında bu məsələ ilə bağlı qanun layihəsinin hazırlandığını və layihənin payız sessiyasında müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti