...

Ədalət Partiyasının qurultayının keçirilməsi payız aylarına qalıb

Siyasət Materials 19 İyun 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ədalət Partiyasının (ƏP) qurultayının keçirilməsi payız aylarına qalıb. Bu barədə çərşənbə axşamı partiya sədrinin müavini Elxan Şükürlü məlumat verib. Onun sözlərinə görə, qurultayın keçirilməsinin ləngiməsi təşkilati və texniki problemlərlə bağlıdır. Şükürlü bildirib ki, partiyanın şəhər və rayon təşkilatlarında konfranslar başa çatmadığından və "Siyasi partiyalar haqqında" qanun layihəsinə gözlənilən dəyişikliklərə görə qurultayın payız aylarında keçirilməsinə qərar verilib.

Partiyanın artıq 56 təşkilatında konfranslar keçirilib və qurultaya nümayəndələr seçilib. Payız aylarına qədər dah 10-dan artıq təşkilatda konfrans keçiriləcək.

ƏP-nin qurultayının iyul ayında keçirilməsi nəzərdə tutulmuşdu.

Partiya 1995-ci ildə yaranıb. 1996-cı ilin martında ADP ilə birləşib və partiyanın sədri İlyas İsmayılov seçilib. 2000-ci ilin noyabrında partiya yenidən ADP-dən ayrılıb və ƏP bərpa edilib. Mərkəzçi partiyadır.

Xəbər lenti

Xəbər lenti