...

Demokratiya Uğrunda İttifaqın yerli şöbələri yaradılacaq

Siyasət Materials 25 İyun 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Üç müxalifət partiyasını birləşdirən Demokratiya Uğrunda İttifaqın (DUİ) Azərbaycanın bölgələrində yerli şöbələrinin yaradılmasına qərar verilib. Həmçinin İttifaqın yerli şöbələrinin yaradılması üçün regionlara səfərlərin başlanması qərara alınıb.

Bu barədə İttifaqın Sədrlər Şurasının bazar ertəsi keçirilən iclasında qərar qəbul edilib.

Eyni zamanda qurumun tərkibinin genişləndirilməsi məsələsi müzakirə olunub.

İttifaqın 26 iyun - Ordu Günü münasibəti ilə Azərbaycan Silahlı Qüvvələrinə müraciəti qəbul olunub.

İttifaq həmçinin iyulun 2-də Qarabağ probleminə həsr olunmuş forum keçirməyə hazırlaşır. Forumun təşkili üçün işçi qrup yaradılıb və hazırlıqlara başlanılıb.

DUİ-da Klassik Xalq Cəbhəsi, Milli Demokratiya və Azadlıq partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti