...

NATO-nun baş katibi: Qəbələ RLS ABŞ və AB-ni qara siyahiya düşmüş ölkələrdən müdafiə etməyəcək

Siyasət Materials 27 İyun 2007 12:25 (UTC +04:00)
NATO-nun baş katibi: Qəbələ RLS ABŞ və AB-ni qara siyahiya düşmüş ölkələrdən müdafiə etməyəcək

" Vesti "-nin verdiyi məlumata görə, NATO-nun baş katibi Yap de Xoop Sxeffer Vladimir Putinin Rusiya və ABŞ-ın RƏMS əleyhinə birgə tədbirlər görməsi, başqa sözlə, Qəbələ radiolokasiya stansiyasından əldə edilən informasiyanın birgə istifadəsi ilə bağlı təklifinə aydınlıq gətirib. "Mən bildirdim ki, texniki məsələlər üzrə ekspert deyiləm, amma Qəbələ RLS qara siyahıya düşmüş ölkələrin raketlərinin təhlükəsi ilə bağlı bütün məsələləri həll etmir", - RİA Novosti agentliyinin verdiyi məlumatda belə deyilir.

RİA Novosti agentliyinin verdiyi məlumatda həmçinin bildirilir ki, NATO-nun baş katibi bəyan edib ki, Qəbələ RLS ABŞ, Polşa, Çexiya arasında ikitərəfli danışıqların alternativi hesab olunmur.

İyunun əvvəlində Rusiya prezidenti Vladimir Putin Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-dən birgə istifadə etmək barədə təklif irəli sürüb. Bu təklifi Rusiya prezidenti Almaniyada keçirilən "Böyük Səkkizliy"in görüşü çərçivəsində edib.

Xəbər lenti

Xəbər lenti