...

Daxili işlər naziri: "Bakı Şəhər Baş Polis İdarəsinin yeni rəisinin təyinatı uzun çəkməyəcək" (video)

Siyasət Materials 30 İyun 2007 12:08 (UTC +04:00)
Daxili işlər naziri: "Bakı Şəhər Baş Polis İdarəsinin yeni rəisinin təyinatı uzun çəkməyəcək" (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı Şəhər Baş Polis İdarəsinin yeni rəisinin təyinatı uzun çəkməyəcək və yaxın zamanlarda yeni təyinat olacaq. Bu barədə şənbə günü jurnalistlərə açıqlamasında daxili işlər naziri general-polkovnik Ramil Usubov məlumat verib. Onun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin əsas vəzifəliləri, müavinləri iş başındadır və onlara Daxili İşlər Nazirliyi rəhbərliyi tərəfindən də nəzarət edilir. Usubov bildirib ki, polis idarəsində işin ahəngi pozulmayıb, cinayətkarlığa qarşı mübarizə uğurla həyata keçirilir. Polis İdarəsinin rəisi vəzifəsinə təyinatlarla bağlı səslənən müxtəlif fikirlərə də münasibətini açıqlayan nazir bildirib ki, bununla bağlı müxtəlif versiyalar deyilə bilər, vaxtı çatanda yeni təyinat ediləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işləyən Məhərrəm Əliyev öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti