Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" blokunun Məclisinin iclası müəyyənləşib. Bu barədə blokun sədri Vüqar Bəyturan bazar ertəsi məlumat verib.
Bazar ertəsi blokun Sədrlər Şurasının toplantısı keçirilib və iyulun 29-da Məclisin iclasının keçirilməsinə qərar verilib. Məclisin iclasında blokun sədrliyinə yeni seçkilər barədə müzakirələr aparılacaq.
Avqustda bloka rəhbərlik üçün sədr seçkisi olacaq. Hazırda "Bizim Azərbaycan" blokuna rəhbərlik edən Bəyturanın sədrlik müddəti başa çatır. Avqustda bloka növbəti bir il üçün sədr seçiləcək. Bəyturan və Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov sədrliyə namizəddirlər.
"Bizim Azərbaycan" blokunda səkkiz müxalifətyönlü partiya birləşir.