...

Cəlilabadda qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb

Siyasət Materials 10 İyul 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Cəlilabad rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində qanunsuz dövriyyədən 11 kiloqram 200 qram narkotik vasitə olan tiryək çıxarılıb. Bu barədə çərşənbə axşamı Polis Şöbəsindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik maddənin qara bazarda dəyəri 30 min dollardır. Əməliyyat Cəlilabad rayonu Kövüzbulaq kəndi ərazisində yerləşən Köhnə Vışka deyilən yerdə keçirilib.

İstintaq sirri olduğundan saxlanılan şəxslərin kimliyi açıqlanmır. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə (satış məqsədilə qanunsuz narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, göndərmə) cinayət işi açılıb.

Cəlilabad paytaxt Bakıdan 150 kilometr cənubdə yerləşir.

Xəbər lenti

Xəbər lenti