...

Səfir: "Yaponiya hökuməti Azərbaycana daha çox investor cəlb olunmasına yardım edir"

Siyasət Materials 12 İyul 2007 14:06 (UTC +04:00)
Səfir: "Yaponiya hökuməti Azərbaycana daha çox investor cəlb olunmasına yardım edir"

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Yaponiya Azərbaycanın iqtisadi cəlbediciliyinin müasirləşdirilməsinə yardım edir ki, bu da ölkəyə yapon investorlarının cəlb olunmasına gətirib çıxaracaq. Yaponiya hökuməti iqtisadiyyatın və infrastrukturun inkişafı istiqamətində Azərbaycan hökumti ilə sıx əməkdaşlıq edir. Bu barədə cümə axşamı Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe bildirib.

Yalnız "Ot kökləri və insan təhlükəsizliyi" qrant proqramı çərçivəsində Azərbaycanda Yaponiya tərəfindən ümumi dəyəri 6 mln. dollar olan 91 layihə həyata keçirilib.

Səfir qeyd edib ki, Yaponiyanın iş adamları Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar və bu maraq yaxın zamanlarda həyata keçiriləcək.

Yaponiyanın Azərbaycandakı səfirliyi də yüksək çinli hökumət nümayəndələrinin Azərbaycana səfərlərinin təşkil olunması planı üzərində çalışır. "Biz iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının təşkili üzərində çalışırıq" - deyə səfir Abe bildirib.

Xəbər lenti

Xəbər lenti