...

Tiflis meriyası Bakıdakı nümayəndəliyini ləğv edib

Siyasət Materials 25 İyul 2007 19:04 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Tiflis meri Qiqi Uqulavanın 53 saylı sərəncamı ilə Tiflisin Bakıdakı nümayəndəsi vəzifəsi ləğv edilib. Tiflis meriyasından verilən məlumata görə, Uqulava "Tiflis meriyasının Bakı şəhərindəki rəsmi nümayəndəsi haqqında" 1994-cü ildə verilmiş sərəncamı ləğv edib.

Bu vəzifəni bu günə qədər Teymuraz Kərimov icra edib. Onun səlahiyyətlərinə Bakı və Tiflis arasında əlaqələrin dərinləşdirilməsi daxil idi. Meriyadan bildirilib ki, Bakının da Tiflisdə müvafiq nümayəndəsi olub, lakin Azərbaycanın Gürcüstandakı səfirliyi açıldıqdan sonra nümayəndə geri çağırılıb.

Gürcüstan isə indiyə qədər bu vəzifəni ləğv etməmişdi. Paytaxt nümayəndəsinin funksiyasını Gürcüstan səfirliyi həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti