...

Xavyer Solana ilə müsahibə: "Türkiyə ilə AB sülh və təhlükəsizliyin inkişafı üçün sıx əməkdaşlığı davam etdirməlidir"

Siyasət Materials 3 Avqust 2007 14:40 (UTC +04:00)
Xavyer Solana ilə müsahibə: "Türkiyə ilə AB sülh və təhlükəsizliyin inkişafı üçün sıx əməkdaşlığı davam etdirməlidir"

Azərbaycan, Bakı /müx. " A. Qasımova/ Trend in Avropa Birliyinin Ali Komissarı Xavyer Solana ilə eksklüziv müsahibəsi

- Türkiyədəki parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiz? Bu seçkilər və Rəcəb Tayyib Ərdoğanın şəksiz qələbəsi Türkiyə ilə AB-nin əlaqələrinin inkişafına nə dərəcədə təsir göstərə bilər?

- Ədalət və İnkişaf Partiyası seçkilərdə şəksiz qələbə qazandı. Seçicilərin siyasi və iqtisadi islahatlar kursuna, habelə ölkə rəhbərliyinin AB ilə daha sıx əlaqələrə üstünlük verməsinə etibar göstərməsi bu vacib seçkilərin nəticəsi oldu.

Türkiyə ilə AB-nin yaxın illərdə əməkdaşlıq edəcək kifayət qədər çox sahə var. Əməkdaşlığımızın əsas istiqaməti Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı davamlı tərəqqinin əldə olunmasıdır. Mən baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyənin AB ilə bağlı məqsədlərinin reallaşmasında qərarını, o cümlədən onların tətbiqini təmin edəcək islahatları dəstəkləyirəm. Yaxın Şərq, Balkanlar, Cənubi Qafqaz, Əfqanıstandan başlayaraq dünyadakı təhlükəsizliyin inkişafı üçün Türkiyə ilə AB sıx əməkdaşlığı davam etdirməlidir.

- Kosovo nizamlanmasının problemi dünya ictimaiyyətinin diqqət mərkəzində qalmaqdadır. Sizcə, vəziyyətdən çıxış yolu necədir?

- Təəssüf edirəm ki, Kosovo problemi ilə bağlı sülh razılaşması BMT Təhlükəsizlik Şurası çərçivəsində əldə olunmadı. Düşünürəm ki, indi vəziyyətdən ən yaxşı çıxış yolu bir daha danışıqlara şans verməkdir. Prinsipcə, AB nazirləri iyulun 23-dəki görüşdə məhz buna nail olmuşdular. Eyni zamanda qeyd etməliyəm ki, bu danışıqlar sonsuz ola bilməz. Onlar 120 gün çərçivəsində məhdudlaşmalıdır.

Mən Belqrad və Priştinaya müraciət və xahiş edirəm ki, danışıqların final mərhələsinə aktiv və konstruktiv qoşulsunlar. AB bu prosesi irəli aparmaq və Kosovonun statusu ilə bağlı davamlı həll variantı tapmaq istəyir. Biz Avropa maraqlarının müdafiəsi, habelə Balkanlarda Avropa gələcəyinin sabitlik və inkişafı məqsədilə vahid mövqedən çıxış etmək qərarına gəlmişik.

- Kosovoya müstəqillik statusunun verilməsi dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində mövcud olan separatçı rejimlər üçün nə dərəcədə presedent ola bilər və bunun baş verməməsi üçün nə etmək olar?

- Kosovodakı durum hər hansı digər regionla müqayisə oluna bilməz. Yuqoslaviya zorakılığının, eləcə də Kosovoda 1999-cu ilədək yer alan genişmiqyaslı zorakılıq və repressiyaların tarixi məkanı var. Burada unikal vəziyyət yaranıb, BMT-nin 1244-cü qətnaməsi əsasında beynəlxalq idarəçiliyin müddəti uzadıldı və 1999-cu ildən Kosovoya UNMİC (BMT-nin Kosovodakı missiyası) tərəfindən nəzarət həyat keçirilirdi. Bu məqamlar Rusiyanın da daxil olduğu Təmas qrupu tərəfindən tanınmışdır.

- Bu günlərdə Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi "Avropa qonşuluq siyasəti" proqramı iştirakçıları - Cənubi Qafqaz dövlətləri ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı niyyətlər barədə bəyanat verib. Bu istiqamətdə, habelə Avropa Birliyinin və region ölkələrinin yaxınlaşması məsələsində planlar necədir?

- Avropa qonşuluq siyasəti öz məqsədlərini AB-nin və üzv ölkələrinin, o cümlədən Cənubi Qafqaz ölkələrinin birgə öhdəlikləri əsasında müəyyən edir. Yəni vahid dəyərlərə, o cümlədən siyasi, iqtisadi və institusional islahatların effektiv inkişafının dəstəklənməsinə əsaslanmağı tövsiyə edir. AB və Azərbaycanın fəaliyyət planı digər məsələlərlə yanaşı, insanların hərəkət etmələri və viza məsələləri ilə bağlı dialoqun aparılmasını da qarşıya məqsəd qoyur. Bu məqsədlərin əldə olunmasında artıq tərəqqi müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti