...

Prezidentin sərəncamı ilə palçıq vulkanları qrupu dövlət təbiət qoruğu yaradılıb

Siyasət Materials 15 Avqust 2007 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun yaradılması haqqında" Sərəncam imzalayıb.

Sənəddə deyilir ki, dövlət təbiət qoruğunun yaradılması Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının mühafizəsinin gücləndirilməsi, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi daşıyır.

Prezidentin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyətinə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun sərhədlərini müəyyən etmək, yerquruluşu işlərinin tətbiqi ilə torpaqayırma qaydasında sənədlərin hazırlanmasını və torpaq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etmək tapşırılır.

Bakı Şəhər və Abşeron Rayon İcra Hakimiyyətlərinə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının ərazilərində hər hansı tikinti işlərinin aparılmasına yol verilməməsi üçün təxirəsalınmaz tədbirlər görmək həvalə olunub.

Xəbər lenti

Xəbər lenti