...

Azərbaycandakı demokratik və iqtisadi vəziyyət Brüsseldə müzakirə olunacaq

Siyasət Materials 18 Avqust 2007 13:58 (UTC +04:00)
Azərbaycandakı demokratik və iqtisadi vəziyyət Brüsseldə müzakirə olunacaq

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Azərbaycandakı demokratik və iqtisadi vəziyyət sentyabrın 3-də Avropa Birliyinin yeni qonşuluq siyasətinin həyata keçirilməsi çərçivəsində Brüsseldə müzakirə olunacaq. Bu barədə şənbə günü vətəndaş cəmiyyətinin nümayəndələri sırasında məsləhətləşmələrə dəvət olunmuş müstəqil politoloq Eldar Namazov məlumat verib.

Nümayəndə heyətinə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayev, həmçinin politoloqlar Leyla Əliyeva və İlqar Məmmədov, Soros Fondunun icraçı direktoru Fərda Əsədov, "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev daxildir.

Namazovun sözlərinə görə, tədbiri Avropa Komissiyasının sədri Joze Manuel Barrozo açacaq.

Müzakirələrdə Avropa Birliyinin müxtəlif komitələrinin yüksək rübəli nümayəndələri iştirak edəcək. Diqqət mərkəzində insan hüquqlarının müdafiəsi sahəsindəki islahatlar, iqtisadi əməkdaşlıq sahəsindəki mövcud problemlər duracaq.

Avropa Birliyinin yeni qonşuluq siyasəti çərçivəsində Bakı və Brüssel arasında məsləhətləşmələr 2005-ci ilin noyabrından davam edir.

Avropa qonşuluq siyasəti çərçivəsində 2006-cı ilin 14 noyabrda Azərnbaycan və AB arasında əməkdaşlıq üzrə fəaliyyət planı imzalanıb. Bu plan Azərbaycanın Avropa Birliyinə daha çox inteqrasiyasını, iqtisadiyyat, energetika, siyasi dialoqun möhkəmləndirilməsi və regional təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin fəallaşmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti