...

Qazaxıstan müxalifəti parlament seçkilərində yol verilən saxtakarlığa qarşı çıxış edib

Siyasət Materials 20 Avqust 2007 17:48 (UTC +04:00)
Qazaxıstan müxalifəti parlament  seçkilərində yol verilən saxtakarlığa qarşı çıxış edib

Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova / Qazaxıstanın müxalif ümummilli sosial-demokrat partiyası (ÜSDP) avqustun 18-də Qazaxıstanda keçirilən parlament seçkilərində yol verilən saxtakarlığa qarşı çıxaraq məhkəməyə müraciət edib. Bu barədə Almatadan telefonla ÜSDP-nin lideri Oraz Jandosov məlumat verib.

"Qazaxıstanda keçirilən seçkilərin nəticələri saxtalaşdırılıb. Bizim partiya seçkilərdə 20%-dən az olmayaraq səs toplayıb və Mərkəzi Seçki Komissiyası səslərin 25%-nə qədərini oğurlayıb" - deyə Jandosov bildirib.

Avqustun 18-də Qazxıstanda parlament seçkiləri keçirilib, seçkilərdə səslərin 88,8%-ni prezidentin tərəfdarı olan "Nur-Otan" partiyası qazanıb. Heç bir partiya yeddi faizlik keçid baryerini aşa bilməyib.

Artıq bazar günü ÜSDP seçkilərin nəticələri ilə bağlı iddia qaldırıb. Jandosovun sözlərinə görə, məhkəmədə əsas sübutlar səsvermənin nəticələrinin hesablanmasından sonra partiyadan olan müşahidəçilərin əldə etdiyi məntəqə komissiyalarının protokolları olacaq. "Almata üzrə səsvermə məntəqələrinin protokollarının hamısı bizdədir, ölkə üzrə protokollara gəldikdə isə bu protokolların yalnız 1/3 hissəsi bizdədir" - deyə o bildirib və əlavə edib ki, iddia digər məntəqələrdən sənədlərin daxil olmasından sonra qaldırılacaq.

MSK-nın məlumatına görə, Ümummilli Sosial Demokrat Partiyası səslərin 4,62%-ni, "Ak jol" partiyası 3,27%-ni, "Auıl" partiyası 1,58%-ni, Qazazıstanın Kommunist Xalq Partiyası 1,31%-ni, Qazaxıstan Vətənpərvərlər Partiyası 0,75%-ni, "Ruhaniyyət" partiyası 0,41%-ni qazanıb. Seçkilərdə əhalinin 64,56%-i iştirak edib.

Mərkəzi Seçki Komissiyasından Jandosovun şikayəti ilə bağlı şərh almaq mümkün olmayıb.

Seçki kompaniyası zamanı qanun pozuntuları ilə bağlı şikayətlər seçki gününə qədər daxil olub. Seçkilərdən sonra keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulov bildirib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasına 262, seçki günündə isə 18 şikayət daxil olub. Bütün şikayətlər üzrə yoxlanışlar aparılır, MSK-nın sədririn verdiyi məlumatda belə deyilir.

Qazaxıstanda keçirilən seçkilərə nəzarət edən beynəlxalq müşahidəçilərin fikirləri üst-üstə düşmür.

ATƏT hesab edir ki, Qazaxıstanda keçirilən parlament seçkiləri səslərin sayılması zamanı şəffaflığın olmaması və həmçinin partiyaların parlamentə daxil olmaları üçün yüksək tələbələrin qoyulması üzündən beynəlxalq standartlara cavab vermir. ATƏT seçkilərin nəticələri ilə bağlı yaydığı bəyanatda müşahidəçilərin olduqları məntəqələrin 40%-dən çoxunda qanun pozuntusunun olduğunu bəyan edib. ATƏT yeddifaizlik keçid baryeri səbəbindən Qazaxıstanın qanunvericiliyini "məhdud" adlandırıb.

Səsvermənirn nəticələri ilə bağlı fikir bildirən ATƏT-in Qazaxıstandakı uzunmüddətli müşahidəçilər missiyasının rəhbəri Lyumbir Kopay bəyan edib ki, birprartiyalı sistem ölkədə demokratiyanın olmamasından xəbər verir.

"Mən heç vaxt bir partiyaya malik demokratik ölkə görməmişəm" - deyə o seçkilərin nəticələri elan olunmasından sonra Astanada keçirlən mətbuat konfransında bildirib. ATƏT hesab edir ki, Qazaxıstnada keçirilən seçkilər bir sıra beynəlxalq standartlara cavab vermir.

Lakin MDB-nin müşahidəçi missiyasına rəhbərlik edən MDB-nin İcra Komitəsinin sədri Vladimir Ruşaylo bəyan edib ki, seçkilər seçkilərin keçirilməsinin təşkilinin ümumdemokratik üsullarına və ölkənin seçki qanunvericiliyinə cavab verir.

O etiraf edib ki, səsvermə zamanı bir sıra qüsurlar və qanun pozunluları qeyd alınıb. Misal üçün, Astavnadakı №2 və №3 seçki məntəqələrində səsvermədən sonra seçicilərin sorğusu peşəkar təcrübəyə maik olmayan tələbələr və məktəblilər tərəfinlən aparılıb.

.

Xəbər lenti

Xəbər lenti