...

Səfir: "İran prezidentinin Azərbaycana səfəri zamanı Qəbələ RLS ilə bağlı məsələ də müzakirə oluna bilər"

Siyasət Materials 20 Avqust 2007 18:14 (UTC +04:00)
Səfir: "İran prezidentinin Azərbaycana səfəri zamanı Qəbələ RLS ilə bağlı məsələ də müzakirə oluna bilər"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / İran prezidenti Mahmud Əhmədinejatın Azərbaycana səfəri zamanı Qəbələ Radiolokasiya Stansiyasi (RLS) ilə bağlı məsələ də müzakirə oluna bilər. Bu barədə bazar ertəsi Bakıda İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zari bildirib.

Azərbaycanın mülkiyyəti olan Qəbələ RLS uzun müddətə Rusiyaya icarəyə verilib. Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl ABŞ-ın dövlət başçısı Corc Buşa Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklif verib. İran tərəfi isə bundan narahatılığını bildirib və məsələni diqqətlə izlədiyini qeyd edib.

Həmidi Zari bildirib ki, İranla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr var.

İranlı diplomat dolayısı ilə Rusiyanın Qəbələ RLS-lə bağlı ABŞ-a verdiyi təklifdən narazı olduqlarını bildirib.

"Bu məsələyə bizdən daha çox Azərbaycan dövləti və xalqı maraq göstərməlidir. Çünki Rusiya və ABŞ sanki Azərbaycan dövlətinin varlığını qəbul etmirlər və Qəbələ RLS-i bir-birinə təklif edirlər. Bunların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü baxımından başqa mənası da ola bilər. Hər halda bu məsələni diqqətlə və həssaslıqla izləyirik. Çünki Azərbaycanın təhlükəsizliyin və sabitliyin İrannın təhlükəsizliyi və sabitliyi kimi görürük ", -deyə İranlı diplomat əlavə edib.

Onun fikrincə, Qəbələ RLS-lə bağlı məsələ çox həssasdır və İran prezidentinin Bakıya səfəri zamanı bununla bağlı lazım olan fikir mübadiləsi aparılacaq.

Səfir qeyd edib ki, əgər kimlərsə Azərbaycanın təhlükəsizliyi baxımından hər hansı problem yaratmaq üçün siyasi oyunlar qursalar buna nə Azərbaycan xalqı, nə də dövləti razılıq verər.

İran prezidenti Mahmud Əhmədinejat avqustun 21-də Azərbaycana rəsmi səfərə gələcək. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti