...

Bakı Tanktəmiri Zavodunun direktoru vəzifəsindən uzaqlaşdırılıb

Siyasət Materials 21 Avqust 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı Tanktəmiri Zavodunun direktoru polkovnik Xəyyam Həsənov vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib. Onun sözlərinə görə, Həsənov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb. Hazırda zavodda təhvil-təslim işləri aparılır. Həsənov barəsində cinayət işinin açılmasına dair yayılan məlumatları təkzib edən mətbuat xidmətinin rəhbəri Həsənovun hansı işə keçdiyi barədə məlumat verməyib.

Bakı Tanktəmiri Zavodunun yeni direktoru isə hələki təyin olunmayıb.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov da bildirib ki, Həsənov barəsində cinayət işi açılmayıb.

Xəbər lenti

Xəbər lenti