...

BAXCP Azərbaycan hökumətini atom elektrik stansiyalarını inşa etməyə çağırır

Siyasət Materials 27 Avqust 2007 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə Atom Elektrik Stansiyalarının inşası ilə bağlı təşəbbüsləri dəstəkləyir. Bu barədə bazar ertəsi partiyadan Trend ə verilən məlumatda bildirilir.

BAXCP bəyan edib ki, Azərbaycan bu gün enerji resurslarının ixracından əldə etdiyi gəlirləri iqtisadiyyatın və digər sahələrin inkişafı ilə yanaşı, həmçinin gələcəkdə özünün enerji təhlükəsizliyinin təmin olunmasına yönəltməlidir.

Partiya hesab edir ki, Azərbaycan xalqının özünün enerji təhlükəsizliyinin təmin olunması üçün çağdaş texnologiyalardan istifadə etmək hüququ var. Partiya Azərbaycan hökumətindən yüksək təhlükəsizlik sistemilə təmin edilmiş ən müasir atom elektrik stansiyalarının inşası ilə bağlı layihələrin həyata keçirilməsi üçün konkret addımlar atmağı tələb edir.

BAXCP 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri sədri Qüdrət Həsənquliyev Milli Məclisin deputatıdır. O, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub. Partiya özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Xəbər lenti

Xəbər lenti