...

Hərbi ekspertlər hesab edir ki, Azərbaycan Qəbələ RLS-i bağlamalıdır

Siyasət Materials 28 Avqust 2007 20:26 (UTC +04:00)
Hərbi ekspertlər hesab edir ki, Azərbaycan Qəbələ RLS-i bağlamalıdır

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan Qəbələ radiolokasiya stansiyasının gələcək taleyini müəyyən etməlidir. Əgər biz gələcəkdə stansiyanı digər ölkələrlə istifadə edəcəyiksə, bu istiqamətdə işləmək lazımdır, əgər digər ölkələrlə istifadə etməyəcəyiksə onu ləğv etmək lazımdır". Bu barədə çərşənbə axşamı müstəqil hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın Qəbələ RLS-i icarəyə görütməkdən imtina etməsi barədə mümkün bəyanatına fikir bildirərkən qeyd edib. "Nezavisimaya Rossiya" qəzetinin yazdığına görə, hadisələrin belə inkişaf variantını RF-nin Kosmik Qüvvələrinin komandanı Vladimir Popovkin də istisna etməyib. Cari həftənin sonuna qədər amerikalar Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-də ekspertlərin dediyi kimi, qalmaq üçün oraya gələcəklər" - deyə Popovkin bildirib.

Bu arada Bakıda Popovkinin bəyanatı diqqətsiz ötüşməyib. Azərbaycan XİN-inin mətbuat katibi Xəzər İbrahim bəyan edib ki, "RF-nin Qəbələ RLS-dən istifadə etməkdən imtina etməsi ilə bağlı Bakıya heç bir müraciət daxil olmayb", "ayrı-ayrı bəyanatlar Rusiyanın rəsmi mövqeyinin ifadə edilməsi demək deyil".

Qəbələ RLS-inin birgə istifadəsi ilə bağlı təklif Rusiya prezidenti Vladimi Putin tərəfindən amerikealı həmkarına Vaşinqtonun RƏMS-i Çexiyada yerləşdirməsindən imtina etməsinin qarşılığı olaraq təklif olunub.

Vaşinqton Avropada RƏSM-in yerləşdirilməsindən imtina etmir.

"Qəbələ radiolokasiya stansiyası Rusiya hərbi qüvvələrinin ixtiyarındadır, onun gələcək taleyi barədə qərarı Rusiya qəbul edir. Stansiyanın icarəyə götürülüməsindən imtina ediləcəyi barədə qərarı gözləmək olar" - deyə azərbaycanlı hərbi ekspert bildirib. O Rusiyanın Qəbələ RLS-inin icarəsindən imtina etməsi istəyini hazırda ölkədə gücünə görə Qəbələ RLS-indən heç də geridə qalmayacaq yeni radiolokasiya stansiyasının tikintisi ilə izah edib. "Moskva gələcəkdə RLS-lərin öz ərazisində olmasını istəyir" - deyə o bildirib.

Digər azərbaycanlı ekspert Ələkbər Məmmədov öz həmkarının fikri ilə razılaşıb. O qeyd edib ki, Azərbaycan ilk növbədə bu sahədə mütəxəssislərin olmaması səsəbindən belə bir stanstiyanı saxlaya biləməz. Ekspert öz fikrini RLS-in ekologiyaya vurduğu zityanla izah edib.

Azərbaycanın Ekologiya və Təbi Sərvətlər nazirliyi bildirir ki, radiolokasiya stansiyası ətraf mühitə elektromaqnit şüaları yayır. Nazirliyin məlumatında bildirilir ki, Qəbələ RLS impulsiv rejimdə işləyir və yüksəksürətli metrik radiodalğalardan istifadə edir.

Stansiyanın elektormaqnit şüalanmasının təsiri qiymətləndirmək üçün Ekologiya və Təbi Sərvətlər Nazirliyinin ətraf mühtinin monitorinqi üzrə milli departamenti tərəfindən monitorinq məqsədilə ərazinin plan-sxemi yaradılıb.

Buraya həmçinin Qəbələ və İsmayıllı rayonlarının yaşayış məskənləri də daxildir.

Ətraf mühtinin monitorinqi üzrə milli departamentinin əməkdaşları tərəfindən respublikanın 41 məntəqəsində, həmçinin Qəbələ RLS-nin ətraf ərazilərində hər gün olmaqla aparılan müşahidələr göstərir ki, radiasiya fonu 6-26 mkR/saat, Qəbələdə 13-15 mkR/saat (norma 14-23 mkR\saat) təşkil edir.

Xəbər lenti

Xəbər lenti