...

Azərbaycan prezidenti görkəmli alim və ictimai xadim Cavad Heyəti qəbul edib

Siyasət Materials 7 Sentyabr 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Prezident sarayında məşhur azərbaycanlı alim, İranda nəşr olunan "Varlıq" jurnalının baş redaktoru, fransa Beynəlxalq Cərrahlar Akademiyasının üzvü, Bakı Dövlət Universitetinin və Azərbaycan Tibb Universitetinin fəxri doktoru Cavad Heyəti qəbul edib. Bu barədə cümə günü Trend ə Dünya Azərbaycanlıları Konqresindən (DAK) məlumat verilib.

Doktor Heyət Bakıya növbəti səfərindən, Azərbaycan prezidenti ilə yenidən görüşməsindən böyük məmnunluq duyduğunu deyərək ölkəmizin sürətli inkişafının, tərəqqisinin şahidi olduğunu söyləyib.

Eks-prezident mərhum Heydər Əliyevlə görüşlərini həmişə məhəbbətlə xatırladığını deyən doktor Heyət onun siyasətinin bu gün də uğurla davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Prezident Əliyev doktor Heyətin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib və ona cansağlığı, gələcək işlərində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti