...

Qrossmeyster Firuzə Vəlixanlı karyerasında fasilə verməyi qərara alıb

Cəmiyyət Materials 14 Sentyabr 2007 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Bakıda keçirilən beynəlxalq turnirdə 7-ci yeri tutan azərbaycanlı qadın qrossmeyster Firuzə Vəlixanlı karyerasında kiçik fasilə götürməyi qərara alıb.

İdmançının Trend ə verdiyi məlumata görə, bu addım yaxınlarda 3-cü övladının dünyaya gəlməsi ilə izah olunur. Bu səbəbdən o, ötən turnirin hazırlıq mərhələsinə lazımınca hazırlaşa bilməyib. "Kiçik taym-aut götürməyi düşünürəm, bir müddətdən sonra isə yenidən böyük şahmata qayıdacağam" - deyə Vəlixanlı qeyd edib.

O, Bakı turnirindəki çıxışını o qədər də uğurlu başlamadı, lakin sona yaxın Şəkidəki yarışın qalibi Gürcüstandan olan Leyla Cavaxişvili üzərində qələbə qazandı, bundan sonra isə o, sürətli şahmat üzrə Avropa çempionu litvalı Viktoriya Çmilitedən üstün olub.

Xəbər lenti

Xəbər lenti