...

"Üns" teatrı beynəlxalq layihələri reallaşdırır

Cəmiyyət Materials 14 Sentyabr 2007 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / "TrendLife" , müxbir Sevda İlhamqızı/

"Üns" teatrının rəhbəri Nərgiz Paşayevanın "TrendLife"-a verdiyi məlumata görə, teatr Fransadan olan musiqiçilərlə birlikdə bir neçə konsert proqramı üzərində işləyirlər. Fransız pianoçuları və ərəb musiqiçiləri ilə də danışıqlar aparılır. Nərgiz xanımın sözlərinə görə, bu musiqiçilər şərq oriyental musiqisini yeni üslubda ifa edəcəklər. Paşayeva , həmçinin, onu da qeyd edib ki, "Üns" teatrı Şahin Növrəslinin konsertini təşkil etmək istəyir. Bundan əlavə, qışa qədər səhnədə tamaşa olmayacaq. Qış mövsümündə isə, Elçin Əfəndiyevin "Şekspir" tamaşası səhnələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti