Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Sabiq səhiyyə nazirinin ədliyyə naziri Fikrət Məmmədova və Penitensiar Xidmətin rəhbərliyinə qarıı iddiası üzrə keçirilən iclasda Əli İnsanovun stasionar müayinə olunması üçün məhkəməyə vəsatət verilib.
Çərıənbə axıamı Nəsimi rayon məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkili Ağaveyis Şahverdi İnsanovun səhhətinin ağır olduğunu əsas gətirərək, onun stasionar müalicəyə ehtiyacı olduğunu vurğulayıb.
Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.
Məhkəmə bu barədə vəsatəti sabah keçiriləcək iclasında müzakirə edərək, qərar çıxaracaq.
Bundan öncə, vəkilin vəsatəti əsasında sabiq nazirin saxlandığı kameranın foto ıəkli çəkilib və 1 saylı İstintaq Təcridxanasından müvafiq arayıılar alınıb.
Məhkəmədə ədliyyə naziri Fikrət Məmmədovu 1 saylı İstintaq Təcridxanasınının tibb-sanitar hissəsinin rəisi Etibar Qarayev, Penitensiar Xidməti isə, təcridxana rəisinin müavini Ağaməmməd Məmmədov təmsil edir.
İnsanov, məhkəmədə ədliyyə naziri Məmmədovun yaxın qohumu Cəmil Əliyevin ünvanına kəskin ifşaedici çıxış etdiyinə görə, ədliyyə naziri və Penitensiar Xidmətin rəhbərliyi tərəfindən işgəncələrə məruz qaldığını iddia edir. Sabiq nazir Bayıldakı İstintaq Təcridxanasında qırx gündən artıq saxlanıldığını, dəfələrlə müraciətlərinə baxmayaraq, onun stasionar müalicə olunması üçün şərait yaradılmadığını bildirir. İnsanov əvvəllər ölüm cəzasına məhkum edilmiş şəxslərin kamerasında saxlanmasından, indi isə yarımzirzəmi kameraya salınmasından şikayətlənir. Sabiq nazirin kamerasının havasının rütubətli, üfunətli və insan həyatı üçün təhlükəli olduğu bildirilir.
Dövlət çevrilişinə cəhd, kütləvi iştişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla, 11 il azadlıqdan məhrum edilib.