...

Prokuror sabiq səhiyyə nazirinin müdafiəçisinə 4 il iş istəyib

Cəmiyyət Materials 19 Sentyabr 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə nazirinin müdafiəçisinə prokuror 4 il iş istəyib.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbovun vəkili Müşfiq Şirinov çərşənbə günü Trend ə bildirib ki, Sumqayıt şəhər məhkəməsində hakim Təhminə Xəlilovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Talıbova elan olunan ittihamın məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib və məhkəmədən Talıbova 4 il azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş edib.

Talıbov və vəkili çıxışında məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə sabah Talıbova hökm oxuyacaq.

Talıbova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Talıbov barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb. O, hazırda Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

Talıbov bir müddət öncə mətbuata verdiyi məlumatda özünü həbsdə olan jurnalist hesab edib.

Xəbər lenti

Xəbər lenti